L.Norris hələki cərimələnməyəcək

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, Lando Norris Kanadada motorla problem yaşasa da, startda yer itirmə cəzası ilə qarşılaşmayacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü Kanadada sıralanma turunda güc qurğusu problemi yaşamış və 14-cü yerlə barışmalı olmuşdu.

Komanda sürücüsünü yeni motora keçirməkdənsə, bu il istifadə etdiyi motorlardan birinə qaytardı. Lakin bu motorda ciddi problem olsa, Norris bu il ən az bir yarışın startında yer itirməli olacaq.

Andreas Zaydl: “Norrisin güc qurğusundakı problem sıralanma turunun ikinci hissəsində üzə çıxdı. Sensor probleminə görə maşın güc itirdi. Problemi təhlil etdikdən sonra güc qurğusunu köhnələrdən biri ilə dəyişdik. Yəni ki, hələ də iki güc qurğusu istifadə etmişik. Ümid edirik ki, problemi təmir edə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*