F-1.az xatırladır ki, McLaren komandası mövsümün ilk yarışı olan Bəhreyndə xalsız qalsa da, mövsümün 4-cü yarışı İmolada Norris podiuma yüksəlmişdi.
Lando Norris: “O maşınla necə podiuma çıxdıq bilmirəm. Digər bolidlərin sürətlərini nəzərə alanda bu nəticəyə inana bilmirəm. Karyeramın ən yaxşı podiumlarından biri idi. Yağışlı sıralanma turunda yaxşı dövrə vursam da, Alfa Romeo-nun yarış tempi daha yaxşı idi. Bizim potensialımız 15-cilik olsa da, podium qazandım. Çox yaxşı idi”.