F-1.az xatırladır ki, bu ildən etibarən Halo həm Formula1-də, həm də Formula2-də istifadə olunacaq.
Lando Norris: “LMP2-də başımın üstündə bir şüşə ilə yarışırdım və buna qısa müddətdə öyrəşdim. Buna görə də Haloya tez uyğunlaşacam. Formula1 sürücüləri də bu sistemi test ediblər. Onlar üçün öyrəşmək daha asan olacaq. Aşağı seriyalarda mən və Corc Rassel Halo ilə testlər etmişik. Amma rəqiblərimiz bundan ilk dəfə istifadə edəcəklər. İnanmıram ki, problem olsun. Lakin Macarıstandakı 4-cü döngə və Eau Rouge-u dırmananda trası görmək çətin olacaq. Ən qısa zamanda buna öyrəşməliyik”.