F-1.az xatırldır ki, McLaren bu il son yarışa qədər dördüncü yer uğrunda mübarizə aparsa da, sonda beşinciliyə razı olublar. Lakin “narıncılar” bəzi yarışlarda xal almaqda çətinlik çəkiblər.
Lando Norris: “Komanda əslində çox işlədi, amma bolidimiz zəif idi. Enişli-yoxuşlu performans göstərdik. Bəzi həftəsonları sürətli olsaq da, Braziliyadakı kimi yarışlar çox pis keçdi. Komanda çox şey anlamalı və öyrənməlidir. Gələn il inkişaf etməliyik”.