F-1.az xatırladır ki, Alpine və McLaren dördüncü yer uğrunda mübarizə aparır. Mövsümün sonuna iki yarış qalıb və iki komanda arasında cəmi 7 xal fərq var.
Alpine son yarışlarda daha güclü olsa da, etibarlılıq problemləri onlara xal yığmağa imkan vermir.
Lando Norris: “Formula1-də hər şey sürət deyil. Bu sahədə geridə qalsaq da, etibarlılıq cəhətdən çox güclüyük. Aradakı fərqi azaltdığımız üçün sevincliyəm. Ancaq komanda bunun üçün çox işlədi. Buna görə də bu nəticələrə layiqik. Növbəti iki yarışda Alpine-i qabaqlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməliyik”.