L.Norris: Əsəbiyəm

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, yavaş döngələrdə göstərdikləri performansdan xoşbəxtdir.

F-1.az xatırladır ki, McLAren komandası son iki yarışda yaxşı performans göstərib. Əksəriyyət McLaren-in sürətlənməsini sürətli döngələrlə əlaqələndirsə də, britaniyalılar bu gün yavaş döngəlrədən bol Hunqarorinqdə də yaxşı performans göstəriblər. Yəni ki, “narıncılar” Hunqarorinqdəki testi uğurla keçiblər.

McLaren Macarıstandakı sıralanma turunda 3 və 4-cü olsa da, Lando Norris xoşbəxt deyil: “Burada belə sürətli olmağımızı gözləmirdim. Amma məyusam. Amma pouldan 0.1 saniyə geridə qalırsınızsa, yaxşı dövrə ilə poul qazanmaq mümkün olardı. Ancaq ümumilikdə baxanda komandaya görə sevinirəm. Üçüncü və dördüncü yerdəyik. Hazırda komanda üçün əla həftəsonu gedir. Amma sürücü kimi sevincli deyiləm. Çox səhv etdim və bunlar mənə baha başa gəldi.

Daha yaxşı işlər görə bilərdim. Dövrəni bir araya gətirə bilərdim. Ən təmiz dövrəm deyildi, amma böyük səhv etmədim. Çox limitdə sürəndə risk əmələ gəlir. Limitdə sürmək riski. Arada 0.1 saniyə fərq var idi və bunu tapa bilərdim. Bu, çox əsəbpozucudur. Yenə də üçüncü yer sabah üçün yaxşıdır.

Yarış tempimiz yaxşıdır və həyəcanlıyam. Dünən yarış tempində yaxşı gedirdik. Silverstoundakı qədər güclü idik. Çox həyəcanlıyam. Burada ötmə etmək çətindir. Buna görə sıralanma turundakı səhvimə görə çox əsəbiyəm. Yenə də öndə güclü rəqiblərlə mübarizə aparacağam. İki maşınımı da buradadır. Ümid edirəm ki, sabah yaxşı xallar qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*