L.Norris: Dördüncülüyə məyus olmaram

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, dördüncü olduğu üçün məyus deyil.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu il Britaniyada da xal alaraq, uğurlu seriyasını davam etdirib.

Lando Norris: “Xoşbəxtəm. Komanda 4 və -ci yerləri tutubsa, məyus ola bilmərəm. Məncə, əla nəticədir. Pit-stopdan əvvəl yarış mənim üçün yaxşı gedirdi. Valtterinin önündə idim və hər şey yaxşı idi. Lakin pitdə problem yaşadıq. Hərdən belə səhvlər olur. Uşaqlar məyusdur, mən də məyusam. Daha yaxşı iş görməyə çalışacağıq. Bu hadisə olmasa, podium qazanıb-qazana bilməyəcəyimdən əmin deyiləm. Lakin mübarizə apara bilərdim.

Ferrari güclü idi. Şarl ikinci oldu. Karlos da sürətli idi, amma biz zərəri minimuma endirdik. Ferrari ilə mübarizə asan olmayacaq. Ümid edirəm ki, növbəti yarışda onlardan çox xal alarıq. Macarıstan fərqli trasdır və Ferrari döngələrdə sürətlidir. Hunqarorinqdə çoxlu döngələr var. gərgin mübarizə olacaq. Rəqiblərimizi qabaqlamalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*