L.Norris dəbilqəsini təqdim edib

McLaren komandasının sürücüsü Lando Norris 2023-cü ildə istifafə edəcəyi dəbilqəni təqdim edib.

F-1.az bildirir ki, dəbilqədə əsasən sarı rəng üstünlük təşkil edir və sürücünün əvvəlki dəbilqələrini xatırladır.

Dəbilqənin hər iki tərəfində Norrisin loqotipi var və öyrəşdiyimiz qara xəttlərlə bəzədilib. Lakin qara hissələr karbondan ibarətdir və boyadan istifadə olunmayıb. Bu da dəbilqənin çəkisini yüngülləşdirmək üçündür.

Formula1-də artıq sürücü və bolid ağırlığı çox vacibdir. Buna görə də belə xırda detallar fərq yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*