F-1.az xatırladır ki, britaniyalı sürücü komanda yoldaşını dövrəvi keçərkən əl sallamış və əksəriyyət bunu kibirli hərəkət kimi qəbul etmişdi.
Lando Norris: “Monakoda hamı bir-birinin arxasında ilişib qalır. Buna görə də bu barədə danışmaq istəmirəm. Daniel bir dövrə geri qalır deyə utanmamalıdır. Mavi bayraq sallandı və o da yol verdi. Danielin yarış tempi yaxşı idi. Onu keçəndən sonra uzun müddət fərq aça bilmədim.
Daniel hazırda boliddə özünü yaxşı hiss etmir. Belə olan halda maşını limitlərdə sürə bilmirsiniz”.