F-1.az xatırladır ki, “narıncılar” mövsümün ilk yarışında iki sürücü ilə də mübarizəni dayandırmışdı.
Lando Norris: “McLaren-də böhran yoxdur. Bəzi problemlər olsa da, əminəm ki, həll olunub. Əminəm ki, bu həftəsonu yaxşı xallar qazanacağıq. Məncə, rəqiblərimizlə təkər-təkərə mübarizə apara biləcəyik.
İlk dördlüyə çatmaq üçün böyük addımlar atmalıyıq, amma əminım ki, mübarizə aparacağıq. O qədər geridə qalmırıq. Sadəcə McLaren-in gözləntilərini düşünsək, istədiyimiz yerdə deyilik”.