L.Norris cəzanın mənasız olduğunu düşünür

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Kanadada aldığı cəza çox məntiqsiz olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü 12-ci dövrədə trasa daxil olan təhlükəsizlik maşınının arxasında həddn artıq yavaş olub. Buna görə də ona 5 saniyə cəzası verilib. O, yarışı 9-cu yerdə bitirsə də, aldığı 5 saniyə cəza ilə 13-cü yerə geriləyib.

Lando Norris: “Mənə sadəcə 3 saniyə əvvəl pitə gəlməyim deyidli. O zamana qədər yüksək sürətlə gedirdim və yavaşlamalı oldum. Buna görə də cəza məntiqli deyil. Virtual təhlükəsizlik maşını rejimində həmişə yavaşlayırıq. Buna görə cəza alıramsa, son 3 ilin hamısında cəza almalı idim. Məndən başqa rəqiblərim də cəza almalıdırlar. Səhv hərəkət etməmişəm.

Builki ən yaxşı yarışım idi. İlin ilk ötmələrindən birini etdim. Yaxşı yarış idi. Piastri məni keçsə də, sonradan yerimi bərpa edə bildim. Bütün ötmələrim döngədə oldu. Əylənmə zonalarında özümə güvənurəm. Tempim yaxşı idi. Mükəmməl olduöunu deyəmmərəm, amma ən azında Alfa Romeo və Alpine-i qovalaya və onlarla mübarizə apara bilirdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*