F-1.az xatırladır ki, McLaren komandası İtaliyada qələbə dublu edib. Daniel Rikkardo birinci, Lando Norris isə ikinci olub. Gənc Lando komandaya 2019-cu ildə qoşulub və indiyə kimi 3 dəfə podiuma yüksəlib.
Lando Norris: “Hamıya təşəkkür edirəm. Əla həftəsonu keçirdik. Komandaya 4 il əvvəl qoşulmuşdum və həmişə bunun üçün işləyirdik. Axır ki, qələbə dublu qazandıq. Bizim üçün yaxşı addım oldu. Daniel qazandığı və mən ikinci olduğum üçün sevinirik. Komanday görə çox xoşbəxtik”.