F-1.az xəbər verir ki, Lando gözləntisinə rəğmən, bunun çətin olacağını da etiraf edir.
Lando Norris: “Kanadada sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm. İspaniyadakı yarış çətin oldu, amma həm mən, həm də komanda orada çox şey öyrəndik. O cümlədən şənbə günü təsnifat mərhələsində üçüncülük kimi yüksək yer tutmaqdan.
Ardıcıl iki mərhələlərdən sonra bir həftəlik istirahətimiz oldu, bu müddət ərzində mühəndislərlə bu həftəsonuna hazırlaşmaq üçün McLaren bazasına gəldim. Jil Vilnöv adına tras yavaş döngələri ilə güclü əyləclərə tələbatlı olduğundan bizim üçün çətin ola bilər, lakin yarış maraqlı keçəcək. Mən həyəcanlıyam və ümid edirəm ki, bir az xal qazanacağıq”.
Qeyd edək ki, Norris geridə qalan yeddi yarışda hesabına 12 xal yazdıra bilib və sürücülər çempionatında 11-ci yerdədir. Mühəndislər Kubokunda altıncı olan McLaren isə 17 xala sahibdir.