F-1.az xatırladır ki, Lando bir il əvvəl McLaren ilə müqaviləsini 2025-ci ilə qədər uzadıb.
Lando Norris: “Əvvəla qeyd etmək istərdim ki, Red Bull ilə danışıqlar ümumi xarakter daşıyırdı. Hər bir sürücü bütün komandalarla danışmağa çalışır. Mən o qədər uzun müddətlik müqavilə imzaladım ki, o vaxt ərzində heç nədən narahat olmayacam.
Amma əslində təkcə Red Bull ilə danışmamışam. Digər komandalarla da əlaqə saxladım. Hamı belə edir. McLaren mənim üçün ən yaxşı seçim idi. Ona görə də indi çox xoşbəxtəm”.