L.Norris Battonu əvəz edəcək?

Avtoidmanın yeni parlayan ulduzu Lando Norris gələn mövsüm McLaren komandasında Censon Battonu ehtiyat pilot statusunda əvəzləyə bilər.

F-1.az xatırladır ki, 2009-cu ilin dünya çempionu keçən il karyerasını başa vursa da, ehtiyat pilot kimi komandada qalmışdı və bu il Monako Qran Prisi zamanı okeanın o biri tayında olan Alonsonu əvəz etmişdi. Censon artıq bir neçə dəfə bildirib ki, gələn il tam yarışlara qayıtmaq istəyir, əks halda, ümumiyyətlə, çempionatdan gedəcək. Amma hər iki halda komandaya yeni ehtiyat sürücü lazım olacaq…

Erik Bulye: “Aydındır ki, Censon gələn il əsas sürücülərdən biri olmaq istəyir, amma bizim belə bir imkanımız yoxdur. Lakin Censon həm də McLaren-i siması və səfiridir, ona görə də biz onunla əməkdaşlığımızı davam etdirməyə şadıq…”

Maraqlıdır ki, bu həftəsonu Lando Formula3 çempionatında titul qazanarsa, superlisenziya alması üçün kifayət qədər balı da olacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*