F-1.az xatırladır ki, britaniyalı sürücü xəstə olsa da, İspaniya və Monako yarışlarından xalla ayrılıb. Gənc pilot indi sağalıb və Bakıda xallar almağı hədəfləyir.
Lando Norris: “Bakıya getdiyim üçün sevincliyəm. Növbəti şəhər tipli trasda yarışmaq əladır. Keçənilki yarış bizə göstərdi ki, hər şey baş verə bilər. Görək yeni bolidlər burada necə performans göstərəcək.
Bakıda iki dəfə yarışmışam və ikisində də xal aldım. Ümid edirəm ki, uğurlu seriya davam edər. Görək nə olur”.