F-1.az xatırladır ki, McLAren komandası Kanada yarışında tam heyətlə xalsız qalıb. Keçən il McLaren komanda olaraq Silverstounda güclü görünmüşdü və iki sürücü ilə də xal qazanmışdı.
Lando Norris: “Silverstouna qayıtdığım üçün xoşbəxtəm. Tribunada narıncı rəngli azarkeşlər bizə motivasiya verirlər. Fanzonada azarkeşlərlə görüşmək və ab-havanı hiss etmək üçün səbirsizlənirəm. Monrealdakı yarışdan sonra çox işlədik. Azarkeşlərimizi sevindirmək üçün səbirsizlənirik”.