L.Norris: Axmaqca səhv etdim

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, axmaq səhv edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunun birinci sessiyasında bolidi bariyerlərə təmas etdirib və ondan sonra sükanda problem yaranıb. Beləliklə, 23 yaşlı pilot sessiyanı dayandırmalı olub. O, bugünkü yarışa 19-cu yerdən başlayacaq.

Lanso Norris: “Bu döngə trasdakı ən asan döngədir. Sadəcə səhv etdim. bu qədər bəsit. bəhanəm yoxdur.

Bolid yaxşı performans göstərdi. Komanda əla işlədi və Bəhreyndən daha yaxşı nəticə əldə etdik. Bu tras bolidə daha uyğundur. Son sessiya yaxşı nəticədir. Heyif ki, axmaq səhv etdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*