F-1.az xatırladır ki, britaniyalı sürücü Yaponiya yarışında 1 xal qazanıb və bu komandasının bu həftəsonu yeganə xalı olub. Alpine isə Suzukadakı yarışı 4 və 7-ci yerlərdə bitirərək, Sinqapurdan sonra Mühəndislər Kubokunda itirdiyi 4-cü yeri özünə qaytarıb.
Lando Norris: “Alpine-nin belə güclü olması yaxşı xəbər deyil. Bizdən sürətlidirlər. Biz onlarla necə mübarizə aparırıq, anlamıram. Bizə görə çox fərq liqada çıxış edirlər.
Bəzən onları qabaqlaya bilirik. Onlarla mübarizə apara bildiyimiz üçün xoşbəxtəm. Bu isə onu göstərir ki, biz boliddən maksimumu alırıq. Onlar çox səhv ediblər ki, bizi cüzi xalla qabaqlayırlar. Növbəti yarışlarda da əlimizdən gələni edəcəyik.
Yaponiyada 14-cü başlayıb, 1 xal qazanmaq gözəl oldu. Fettel ilk dövrədə pit-stop edərək, risk aldı. Bəzən belə risklər yaxşı nəticə verir. Mən də ikinci dövrədə pit-stop etdim. Yaxşı iş gördük. Bir xal yenə yaxşıdır”.