F-1.az xatırladır ki, ispaniyalı pilot mövsümün əvvəlində komanda yoldaşı Leklerdən geridə qalsa da, son yarışlarda yaxşı performans göstərir. Britaniyada ilk poulunu və qələbəsini qazanan Sayns sonrakı yarışlarda da inamlı təsir bağışlayıb.
Loren Mekis: “Karlos Britaniya, Avstriya və Fransada əla yarışdı. Bundan çox razıyıq. Düzdür, onun performansı Britaniyadan başqa nəticədə özünü göstərmədi, çünki başqa problemlərimiz var. Lakin mövsümün əvvəlindən bəri çox inkişaf edib. Mövsümün əvvəlində bolidin ona uyğun olmadığını demişdik.
Onun özünü maşında rahat hiss etməsi üçün özü və mühəndislərlə Maranelloda işlədik. Buna vaxt lazım idi. İndi isə doğru yoldayıq və bu əla haldır. Ümid edirəm ki, uğurlu seriyaya davam edərik”.