F-1.az xatırladır ki, mövsümöncəsi qış testləri sabah Bəhreyndə start götürəcək. 16 ildir titula həsrət qalan Ferrari komandası isə testlərdən əvvəl diqqət mərkəzindədir.
Loren Mekis: “Ən əsas şey bolidin gözlədiyimiz kimi performans göstərib-göstərmədiyidir. Bolidi öyrənəndən sonra onun inkişaf yerlərini kəşf etməyə başlayacağıq.
Test yarışa çox yaxın olduğu üçün sıralanma və yarış tempində və pit -stoplar üzərində işləyəcəyik. Bunu həm Şarl, həm də Karlosla edəcəyik.
Testlərin sonunda rəqiblərimizə nisbətdə harada olduğumuzu bilməyəcəyik, çünki hamı fərqli proqramda işləyəcək. Ancaq bolidin necə olduğunu görəcəyik”.