F-1.az xatırladır ki, dördqat Dünya Çempionu 2015-2020-ci illərdə Ferrari-nin şərəfini qorumuşdu və 6 mövsümə 14 qələbə qazanmışdı. Lakin almaniyalı pilot komandaya çempionluq qazandıra bilmədi. Bu bəs deyilmiş kimi 2019-cu ildə Binottonun qəlməyi ilə komanda ilə arası pisləşdi və az qala 2020-ci il bitmədən komandanı tərk edəcəkdi.
Loren Mekis: “Bir sürücünün həm insan, həm də sürücü şəxsiyyətinin olmasını sevirəm. O, sürücü kimi bütün xırdalıqlara diqqət yetirirdi. Xüsusi şəxsiyyət idi. Həmişə inkişaf edirdi və komandanı bir araya gətirməkdə rəqibsiz idi. İstedadı, idmana olan sevgisi və xırdalıqlara verdiyi fikirlərə görə böyük uğurlar qazandı.
O rəqiblərinə hörmət edirdi və bu da unudulmamalıdır. Onunla danışanda gözlərindən bunu oxuya bilərsiniz. Belə olan halda komanda da inkişaf etmək istəyirdi. Onunla işləmək xüsusi idi”.