F-1.az xatırladır ki, britaniyalı avtomobil istehsalçısı gələn ildən etibarən Red Bull komandasının titul sponsoru olacaq. Aston Martin mühərrik reqlamentinin dəyişməsi ilə Formula1-ə motor təchizatçısı kimi gəlməyi nəzərdən keçirdir, amma xərclərin azalmasını istəyir. Marmorini mühərrikləri dəyərləndirməklə bağlı işləyəcək, amma əsasən məsləhətçi vəzifəsində çıxış edəcək. Aston Martin-in mətbuat katibi bu barədə danışıb: “Luka Marmorini 2021-ci il güc qurğusu ilə bağlı dəyərləndirmələrdə bizə məsləhət verir”.
L.Marmorini Aston Martin-ə keçib
Ferrari-nin sabiq baş motorçusu Luka Marmorini 2021-ci ildə Formula1-ə gəlməyi düşünən Aston Martin-lə işləməyə başlayıb.