L.Marini: Start mövqeyi vacibdir

VR46 komandasının sürücüsü Luka Marini bildirib ki, Le Manda start mövqeyi çox vacibdir.

F-1.az xatırladır ki, italiyalı sürücü sıralanma turubda birinci sessiyadan qoşulub və Françesko Banyayadan hava kisəsi alaraq, üçüncü yeri tutub.

Luka Marini: “Çox çətin sıralanma turu idi, çünki birinci sessiyanı keçmək heç də asan deyil. Yaxşı dövrə vurmaq istəyən sürücq çoxdur. İkinci sessiyada sadəcə bir dəst yeni arxa təkərim var idi və buna görə çətinlik çəkəcəkdim. Ancaq Pekkodan hava kisəsi aldım.

Vəziyyətim yaxşı olduğu üçün risk aldım, çünki bu trasda başlanğıc mövqeyi çox vacibdir. Ötmə etmək asan deyil. Start da vacib olacaq, çünki ilk döngəni dönmək asan deyil. Buna görə də yaxşı start almalı və öz üzərimdə işləməliyəm, çünki tempim bir az zəifdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*