L.Marini: Rossinin qardaşı olmağım üzərimdə təzyiq artırmır

VR46 Ducati komandasının sürücüsü Luka Marini bildirib ki, Valentino Rossinin qardaşı olmağı ona əlavə təzyiq gətirmir.

F-1.az xatırladır ki, 25 yaşlı sürücü bu il podiuma yüksəlməsə də, stabil performans göstərərək, 120 xal yığıb və Sürücülər Çempionatında 12-ci yeri tutub.

MotoGP peletonunda hazırda qardaş sürücülər – Mark və Aleks Markes, Pol və Aleş Esparqaro, Darrin və Bred Binder – var.

Rossi ilə Marini ögey qardaş olsalar da, Lukanın qardaşı hesabına gəldiyi deyilir. İki sürücü daha əvvəl etibarlılıq yarışlarında birlikdə yarışıblar və bir dəfə podiuma yüksəliblər.

Luka Marini: “Mənim üçün dəyişən bir şey yoxdur. Burada müqayisə olmayıb, çünki bu mümkünsüzdür. Valentino karyerası ərzində mümkünsüz şeylər edib və onları heç kəs təkrarlaya bilməyəcək, çünki fərqli dövrlər idi. Artıq ardıcıl 10 yarış qazanmaq çətindir, çünki səviyyə çox yüksəlib. Hamı yarış qazana bilər. Yəni müqayisə mümkün deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*