L.Marini: Hər şey əladır

VR46 komandasının sürücüsü Luka Marini Sepanq testindən sonra motosiketdən razı qaldığını deyib.

F-1.az xatırladır ki, italiyalı sürücü Malaziyadakı testlərin son günündə 1.57.889 zaman nəticəsi ilə zirvəni fəth edib.

Luka Marini: “Məncə, test yaxşı keçdi. Üçüncü gün mükəmməl idi. Hər şeyi sınadıq. Yarış simulyasiyası da yaxşı getdi. 10 dövrə ərzində özümü yaxşı hiss etdim. Vəziyyəti öz xeyrimizə dəyişə bildik. Çox işlədik və atdığımız dövrələr əla idi.

Çoxlu motosiklet sınadım. Təcrübə çox vacibdir. Artıq Ducati-ni yaxşı tanıyıram və buranı sevirəm. Hiss edirəm ki, bu motosikletin bütün potensialından istifadə edə bilərəm. Bu il düzgün işləyirik və keçənilki testlərdən dərs çıxarırıq. Bütün yarışlarda podium uğrunda mübarizə apara bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*