L.Marini: Çox məyusam

VR46 komandasının sürücüsü Lika Marini rəqibi Bastyanini ilə qəzaya görə məyusdur.

F-1.az xatırladır ki, iki sürücü Portuqaliyadakı sprint yarışının ikinci dövrəsində təmas yaşamış və hər iki sürücü mabrizəni dayndırmışdı. Tibbi müayinədən sonra isə Bastyaninin körpücük sümüyünün qırıldığı məlum olmuşdu. Enea bu qırığa görə ilk iki yarışı buraxmalı olacaq.

Luka Marini: “Heyif oldu. Öz trayektoriyamda gedirdim və Enea ilə təmasdan qaçmaq üçün motosikleti çox yatızdırdım və buna görə ön tərəfi itirdim. Motosikletim ona çırpıldı. Onun üçün pis oldu, amma belə hallar yaşana bilər. Yenə də məyusam. Səhvin kimdə olduğunu demək çətindir. Bu yarış qəzası idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*