F-1.az xatırladır ki, bu il hər komanda ən az iki dəfə sərbəst yürüşlərdə gənc sürücülərin xidmətindən yararlanmalıdır. Bəzi komandalar mövsümün ilk yarısında bu haqlarından istifadə ediblər.
AlphaTauri bu gün verdiyi açıqlamada bildirib ki, Liam Louson ilk dəfə Belçikada sükan arxasına keçəcək. Gənc sücü cümə günü birinci sərbəst yürüşlərdə Qaslini əvəz edəcək. Lousonun Red Bull-un sükanı arxasına keçməsi də gözlənilir.