F-1.az almaniya mətuatına istinadən bildirir ki, gənc sürücü gələn il Honda Team Mugen komandası ilə Super Formulada mübarizə aparacaq. Gənc sürücü Yuri Vipsdən sonra Super Formula-ya yollanan ilk Red Bull pilotu olacaq. Bu xəbəri Auto Motor und Sport resursuna Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko verib.
Mugen komandası isə Red Bull-un Super Formula-dakı sürücü proqramını Goh komandasından alacaq.
Qeyd edək ki, daha əvvəl Red Bull sürücü proqramından Super Formula-ya Pyer Qasli, Den Tiktum, Pato O’Vard kimi sürücülər qatılmışdı.