F-1.az xatırladır ki, 34 yaşlı sürücü Mercedes-ə keçdikdən sonra 4 dəfə Dünya Çempionu olub.
Toto Volff: “Komandanın vacib bir hissəsi və sürücü kimi təkmilləşdi, ancaq insan kimi də özünü inkişaf etdirdi. McLaren-dən gələndə yonulmamış daşı xatırladırdı. Şəxsi həyatında qarışıqlıq və qeyri-stabillik var idi. Mercedes-də olarkən isə bunlar yoxa çıxdı və hər il daha da gücləndi. Son iki-üç ildə çox az səhv edib. Səhv edəndə də bunu qəbullanır”.