L.Həmiltonun maşınında problem olub

Mercedes komandasının sürücüsü Lyuis Həmilton 4-cü dövrədən sonra bolidin arxa tərəfini yaxşı hiss etməyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, startda ləngiyərək ikinci pilləyə düşüb. Lakin sonrakı dövrələrdə komanda yoldaşı Bottasın tempinə cavab verə bilməyən beşqat Dünya Çempionu yarışı liderdən 20 saniyə geridə ikinci bitirib.

Lyuis Həmilton: “Problemin nə olduğunu bilmirik. Növbəti günlərdə öyrənəcəyik. Boliddə səhv işləyən şeylər var idi. Arxa tərəf asfalta istənilən kimi yatmırdı. Özü də bu, yarışın əvvəlində – 4-cü dövrədən sonra oldu. Harada olduğunu bilmirəm, çünki tras xaricinə çıxmamışam və ya döngəni geniş radius ilə almamışam. Problem altlığın həssas yerində idi. Lakin performansımdan razıyam. İşimi gördüm. Bottasla aradakı fərqə fokuslanmaq lazım deyil. Strategiyam mükəmməl olmasa da, digər şeylər yaxşı idi. Boliddə böyük potensial var və xoşbəxtəm. Komandam ilə fəxr edirəm. Sonrakı yarışları həyəcanla gözləyirəm. Bottasa görə sevinirəm, çünki buna layiqdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*