F-1.az xatırladır ki, Həmilton Malayziyada rahatlıqla qələbəyə doğru gedərkən, mühərriyi partladığı üçün mübarizəni vaxtından əvvəl dayandırmışdı. Araşdırmalardan sonra bu gün məlum olub ki, motorun dirsəkli valında şatunun böyük başlığının podşipniki dağılıbmış, nəticədə mühərrikdə yağ təzyiqi itib və mühərrik dayanıb.
Qeyd edək ki, Həmilton həmin mühərriklə cəmi 618 km məsafə qət etmişdi. Britaniyalı Suzuka trasında Sinqapurdakı mühərriyindən istifadə edəcək. Niko Rosberq isə Malayziyadakı mühərriyindən istifadə edəcək.
Mercedes komandası hər ehtimala qarşı mühərriklərin parametrlərini dəyişdirəcək. Almaniyalılar bu hadisədən sonra müştərilərinə verəcəkləri mühərrikləri təxirə salıblar. Williams, Force İndia tam heyətlə və Manor-dan Paskal Verlyayn bu həftəsonu yeni mühərriyə keçməli idilər. Amma bu dəyişiklik Ostin yarışına qalıb. Mercedes lazımi dəyişiklikləri etmək üçün bu mühərrikləri gecikdirəcək…