F-1.az xatırladır ki, Antuan Yuber keçən ayın sonunda F2 yarışında qəza edərək, dünyasını dəyişmişdi. Həmilton isə İnstagram üzərindən paylaşım edərək, hisslərini bildirmişdi. Qeyd edək ki, britaniyalı sürücü belə faciəvi hallarla çox üzləşib. 1994-cü ildə kartinqdə yarışarkən rəqibi Daniel Spens, 2014-cü ildə isə Formula1 üzrə Yaponiya Qran Prisində Jyül Byankinin ölümünə şahid olmuşdu.
Lyuis Həmilton: “Buna görə də sosial şəbəkədə paylaşım etdim. Bunu daha əvvəl də yaşadım. Bu təcrübəni Yaponiyada da yaşamışam, ancaq uşaqlıqda bir sürücünün də ölümünü görmüşdüm. Belə hallar pilotlara təsir edir. Şəxsən mənə təsir etdi. Həmin gecə yata bilmədim. İnsan belə hallara öyrəşməyə çalışır. Bu il Çarli Uaytinqi, Niki Laudanı itirdik, lakin həyat davam edir”.
L.Həmiltonun gözü qorxub
Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Antuan Yuberin ölümü ona təsir edib.