F-1.az xatırladır ki, britaniyalı sürücü Amerika yarışında 8-ci yeri tutsa belə, karyerasındakı altıncı Dünya Çempionluğunu elan edəcək. Lakin 34 yaşlı sürücü cümə sərbəst yürüşlərindən sonra qabarlardan narazı qalıb.
Lyuis Həmilton: “Birinci sessiyadan sonra özümü yaxşı hiss etmirdim. İndiyə kimi gördüyüm ən qabarlı trasdır. Başım ağrıyır. Düzü, qabarlar pis şey deyil. Çünki trasın xarakteriskasını göstərir. Bua görə də düz trasları çox sevmirəm. Lakin buradakılar çox böyükdürlər. Bizim üçün ən böyük problem asılqanların hərəkətsiz olmasıdır. Altlığın üstündə arxamız var və bütün zərbə onurğamıza gəlir. Hazırda özümü pis hiss edirəm. Başım ağrıyırdı və uzandım”.