F-1.az xəbər verir ki, Nike, Apple, Uber, Facebook, Siemens kimi şirkətlərin, hətta Britaniya kraliçasının da adı olan siyahıda Lyuis Həmiltona ünvanlanmış ittiham digərləri ilə müqayisədə çox da böyük deyil – britaniyalı sürücü şəxsi təyyarə alarkən 4 milyon dollardan çox vergi kompensasiyasını ödəməyərək, bəyannamədə təyyarədən biznes məqsədləri üçün istifadə etdiyini göstərib.
Həmiltonun vəkili iddia edir ki, sürücünün vergi bəyannaməsi həqiqətə tam uyğundur.