F-1.az xatırladır ki, yeddi yarışdan sonra çempionluq uğrunda amansız mübarizə gedir. Fettel turnir cədvəlində lider olsa da, Həmiltonu sadəcə bir xal qabaqlayır.
Lyuis Həmilton: “Ümid edirəm gələn il mühərrik sayını ikiyə endirməzlər. Çünki işlər getdikcə gülməli vəziyyətə düşür. Mühərriyimiz çox olanda daha əyləncəli olur. Etibarlılıq probleminə görə mübarizəni dayandıra bilərsiniz və heç kim bu halla üzləşmək istəməz. Xərcləri azaltmaq üçün bu mühərrikləri gətirsələr də, hazırda daha çox xərc çəkilir”.