F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il 5 dəfə poul qazansa da, 4 yarışda qalib gəlib.
Niko Rosberq: “Məncə, Valtteri mövsümün əvvəlində psixoloji cəhətdən daha yaxşı idi. İlk yarışda qələbə qazanaraq, ikinci versiya Valtterinin gəldiyini və çox güclü olduğunu göstərdi. Əsas odur özünə fokuslansın və güclənərək yaxşı nəticələr qazansın. Lyuisi, ancaq bu yolla məğlub etmək olar. Çünki Lyuisi qıcıqlandırmaq işə yarayan deyil. O, əsəbləşəndə daha güclü olur. Buna görə də sarı simi tapmaq lazımdır. Valtteri bütün mövsümü yüksək səviyyədə keçirməlidir. Vahid dövrədə sürətlidir, amma Lyuis yarışda güclənərək Bottası məhv edir. Onun əsl problemi yarış tempidir. Bu sahədə təkmilləşir. Əksər yarışlarda arxa təkərlərdə Lyuisə nisbətən çox problem yaşayır. Bunu düzəltməlidir”.