F-1.az xatırladır ki, britaniyalı sürücü 2012-ci ilin sonunda McLaren komandasından ayrılaraq, Mercedes-ə transfer olunmuşdu. Amma paddokda gəzən söhbətlərə əsasən Həmiltonu, Niki Lauda razı salmışdı. Lakin Formula1 tarixinin ilk qaradərili çempionu bu xəbəri təkzib edib: “Nikini çox sevirəm və onunla münasibətimiz əladır, amma məni Mercedes-ə keçməyə razı salan Ross Braun idi. Braun bir gün anamgilə gəlmişdi. Mətbəxdə çay içirdik. Mən düşünürdüm ki, Mixael Şumaxer kimi sürücü ilə işləyən və televiziyada gördüyüm adam niyə məni komandasında istəyir? Mənə məntiqli gəlməmişdi. Mənim Mercedes-ə keçməyimə əsas səbəb o idi”.
L.Həmiltonu Mercedes-ə Braun gətirib
Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, "gümüşü oxlar"a keçidində əsas işi Ross Braun görüb.