F-1.az xatırladır ki, dünənki sıralanma turunda Həmilton poulun sahibi olmuş, Fettel ikinci, Bottas isə üçüncü yeri tutmuşdu.
Yarışın startı hadisələrlə zəngin olub – Bottasın Rəykköneni itələmis və sonuncunun Ferstappenlə təması hər iki sürücünün yarışı dayandırması ilə nəticələnib. Fettel liderliyi ələ keçirib, Həmilton isə ilk döngəyə ikinci yerdə girib.
İlk pit-stop dalğasında Ferrari Fetteli boksa çağırsa da, Mercedes AMG pilotlarını trasda saxlayıb. Bir qədər sonra Həmilton təkərlərini dəyişib. Trasda qalan Bottas Fetteli kifayət qədər ləngidib. Bu da yarışın taleyini həll edib.
Bottasın ardıcıl beşinci yarışda istifadə etdiyi motor onu yarı yolda qoyub. İkinci pit-stopdan sonra Soft təkərə keçən Həmilton Medium-la yarışan Fetteli ötüb. Fərqi bir qədər artıran britaniyalı sona qədər üstünlüyünü saxlayıb və mövsümdə ikinci, karyerasında isə 55-ci qələbəsini qazanıb. Fettel ikinci olaraq çempionatdakı liderliyini davam etdirib. Üçüncü yeri tutan Riklardo bu mövsüm ilk dəfə podiuma yüksəlib.
Force İndia komandası yarışı 22 xalla başa vurub – Peres dördüncü, Okon isə beşinci olublar. Paskal Verlyayn səkkizinci nəticə göstərərək komandası üçün olduqca əhəmiyyətli xallar qazanıb.
Yarış barədə ətraflı yazı hazırlanır…