L.Həmiltondan 3-cü Böyük Dəbilqə

Bir az əvvəl Şanxayda başa çatan Çin Qran Prisində Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton qələbəyə sevinib.

Gecə saat 2-dən yağmağa başlayan yağış startdan yarım saat əvvəl dayanıb və tras sürətlə qurumağa başlayıb. Bütün sürücülər keçid təkərlərlə start alsalar da, yalnız Karlos Sayns trasa qırmızı (SuperSoft) təkərlərlə çıxıb.

Yarışın startı xaotik alınıb, tezliklə Sauber-in sürücüsü Antonio Covinatsinin qəzası Təhlükəsizlik Maşınının (TM) trasa çıxmasına səbəb olub. Ona görə də ilk dövrələrdə boksa gedərək quru təkərlərə keçən sürücülərin üstünlükləri yox olub.

Lyuis Həmilton inamlı yarış keçirərək karyerasında 54-cü, Şanxayda 5-ci, mövsümdə isə ilk qələbəsini qazanıb. Pouldan start alan britaniyalı sürücü sürətli dövrəyə imza atmaqla startdan finişədək liderlik edərək karyerasında 3-cü Böyük Dəbilqəsini qazanıb.

Mövsümün ilk yarışında qələbə qazanan Sebastyan Fettel ilk dövrələrdə quru təkərlərə keçdiyi üçün TM-in arxasında geri düşərək əvvəlcə öz komanda yoldaşını, sonra isə Red Bull sürücülərini ötməli olub. Podiumun son pilləsinə isə Red Bull-un gənc sürücüsü Maks Ferstappen qalxıb – son dörələrdə hollandiyalı sürücü komanda yoldaşının bir neçə hücumunu dəf edib.

Kimi Rəykkönen və Valtteri Bottas ilk altılığı tamamlayıblar. Toro Rosso-dan Karlos Saynsın 7-ci nəticəsi təqdirəlayiqdir. Kevin Maqnussen yeni komandası Haas üçün ilk xalları qazandırıb. İlk onluğu isə Force İndia-nın sürücüləri tamamlayıblar.

Mövsümün 2-ci yarışından sonra Fettel və Həmilton 43 xalla çempionata liderlik edirlər, Maks Ferstappen 25 xalla 3-cü yerdədir. Mühəndislər Kubokunda Mercedes cəmi bir xalla Ferrari-ni üstələyir.

Texniki protokollar tezliklə saytımızda dərc olunacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*