L.Həmiltona xəbərdarlıq edilib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Əbu Dabi Qran Prisinin cümə sərbəst yürüşlərində pitə giriş xəttini kəsdiyi üçün bu mövsüm ikinci dəfə xəbərdarlıq alıb.

F-1.az bildirir ki, britaniyalı sürücü birinci sərbəst yürüşlərin sonunda əylənməni qaçırdığı üçün ağ xəttin üzərindən keçib. Daha sonra isə bolidi geriyə verərək, pitə girib: “Stüardlar videoyazıları və telemetriya məlumatlarını təhlil ediblər, pit girişində 44 nömrəli maşının təkərləri kilidləyərək ağ xətti kəsdiyini görüblər. Sürücüyə xəbərdarlıq edilib”.

Xatırladaq ki, bu, cari mövsümdə Lyuisin 2-ci xəbərdarlığıdır, mövsüm ərzində 3 xəbərdarlıq yarışın startında 10 yer itirməklə nəticələnir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*