L.Həmiltona xəbərdarlıq edilib

Mercedes komandasının sürücüsü Lyuis Həmiltona sıralanma turundakı insidentə görə xəbərdarlıq edilib...

F-1.az xatırladır ki, ingiltərəli sürücü sıralanma turunda ikinci döngəni kəsmişdi və FİA-nın təyin etdiyi yerdən trasa qayıtmamışdı.

Həmiltonun bu insidenti sıralanma turundan sonra Qran Prinin stüardları tərəfindən araşdırılmağa başlayıb.

Həmilton sıralanma turundan sonra yarışın direktorluğu ilə görüşməli olub. Britaniyalı sürücüyə yer itirmək cəzası gəlməyib, amma xəbərdarlıq olunub.

Qeyd edək ki, bu, Həmiltonun cari mövsümdə aldığı ikinci xəbərdarlıqdır. Xatırladaq ki, Həmilton ilk xəbərdarlığını Bəhreyndə sıralanma turunda almışdı.

Lyuis Həmilton son seansda güc qurğusunda problem yaşadığı üçün yarışa 10-cu yerdən başlayacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*