L.Həmiltona cəza gəlməyib

Mercedes komandasının sürücüsü üçüncü sərbəst yürüşlərdə qırmızı bayraqlarda yavaşlamayıb.

F-1.az bildirir ki, britaniyalı sürücü qırmızı bayraqlar altında Haas-ın sürücünü keçib və bunu görən Lando Norris onu şikayər edib. Bundan sonra stüardlar onu araşdırıblar. Yeddiqat Dünya Çempionu stüardlar tərəfindən çağırılıb və ondan izahat alınıb.

Lakin stüardlar bildirib ki, Həmilton o anda sürətli dövrədə olub. Buna görə də onun gec yavaşlamasını və bilməyərəkdən ötmə etdiyini nəzərə alıblar. Buna görə də qaradərili pilota cəza verməyiblər.

Qeyd edək ki, qırmzı bayraqlara məhəl qoymamağın cəzası startda 5 yer itirməkdir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*