F-1.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərində 3-cü olub və ötürmələr qutusunu dəyişdirdiyi üçün yarışa 5 yer geridən başlayacaq.
Lyuis Həmilton: “Bizim üçün normal cümə günü idi. Öndəki 3 komanda bir-birilərinə çox yaxındırlar və hər şey plana uyğun getdi. Heyif ki, ötürmələr qutusunu dəyişdirməli olduq. Buna görə də yarış bizim üçün çətin olacaq. Yenə də hər şey qabaqdadır. Əlimizdən gələni edəcəyik. Təkərlər də əvvəlki illərə nisbətən əla işlədi və aşınma az idi. Burada gecələr yarışmaq həzz verir. Görək necə olacaq. Sıralanma turunda maksimum nəticə alaraq, cəzanın təsirini azaltmağa çalışacağıq”.