L.Həmilton: “Zehni cəhətdən özümü çox güclü hiss edirəm”

Lyuis Həmilton İspaniya QP-də Rosberqlə insident yaşadıqdan sonra özünü zehni cəhətdən inkişaf etdirdiyini deyib...

F-1.az xatırladır ki, Həmilton mövsümün əvvəlində komanda yoldaşı Rosberqə 43 xal fərqi ilə uduzsa da, son 5 yarışın 4-nü qazanaraq, xal fərqini 1-ə endirib.

Həmilton son qələbəsini öz evində – İngiltərədə əldə etdi. Rosberq yarışı ikinci yerdə bitirsə də, aldığı cəzaya görə 3-cü oldu.

Lyuis Həmilton: “İnsanın öz evində, ona dəstək verən insanların önünda qalib gəlməsi möhtəşəm hissdir. Hələ də bu mükəmməl hissin təsiri altındayam və sonrakı yarışa da bu müsbət enerjini daşımaq istəyirəm. Barselonadakı qəzadan sonra zehni cəhətdən özümü inkişaf etdirdim. İndi içimdəki atəşi hiss edirəm. Təbii ki, mənim də hamı kimi pis günlərim olur. Amma vəziyyətdən aslı olmayaraq, hər şeyi mənfidən müsbətə çevirmək lazımdır.

Özümü yenilənmiş və güclü hiss edirəm. Macarıstandan əvvəl öz gücümə inamım yerindədir. Macarıstan mənim sürüş tərzim üçün əlverişlidir. Burada fanlar məni yaxşı dəstəkləyirlər. Buna görə də o trasa çıxmaq üçün səbirsizlənirəm. Son illərdə Budapeştdə problemsiz həftəsonlarımın olduğunu deyə bilmərəm, amma oradakı tempə öyrəşmişəm. Bu il vəziyyəti öz xeyrimə dəyişəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*