L.Həmilton: “Yüksəlmək çətin olacaq”

Avstriyada sıralanma turunda 3-cü olsa da, ötürmələr qutusunu dəyişdirdiyi üçün startda 5 yer itirən Həmilton bildirib ki, yarışda yüksəlmək çətin olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 8-ci yerdən başlayacaq və beləliklə, işini ikiqat çətinləşdirib.

Lyuis Həmilton: “2014-cü ildəki yarışa 9-cu yerdən başlasam da, 2-ci olmuşdum, amma onda bolidimiz yaxşı idi və rəqiblərimizdən çox üstün idik. Sabah bunu təkrarlamaq asan olmayacaq. Yenə də əlimdən gələni edərək, yaxşı nəticə qazanmağa çalışacam. Bolid bu gün yaxşı vəziyyətdə idi, ancaq Valtteri və Sebastyanın dövrələri yaxşı olduğu üçün bir az geridə qaldım. Ümid edirəm ki, tempim bir az yaxşı olar.

Yarışa SuperSoft təkərlərlə başlayacam və görək faydası necə olacaq. Bu trasda hər şey ola bilər. Yağış və təhlükəsizlik avtomobili ehtimallarını unutmaq olmaz. Ən azı podium qazanmaq istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*