L.Həmilton: Yönümüzü tapdıq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, artıq W14-ün inkişaf yönünü tapıblar.

F-1.az xatırladır ki, Mercedes komandası Monakoda bolidin konspetini dəyişimiş və Barselonada ikili podium əldə etmişdilər. Növbədə Kanada ayrışıdır və əksəriyyət düşünür ki, Monrealdakı tras Mercedes üçün əlverişli deyil.

Lyuis Həmilton: “Çox inkişaf etmişik. Son yarışdan sonra bazadakı hər kəs çox həyəcanlı idi. Komandanın müsbət enerjisi var və elə bil dan ulduzu bizim üçün parlayır. Hansı yönə getdiyimizi və zirvəyə çatmaq üçün nə edəcəyimizi bilirik.

Hamı əlindən gələni edir. Mümkün qədər çox işləyirlər. Buraya gəldiyimiz üçün çox həyəcanlıyıq. Bu trasın bolidimzi üçün əlverişli olub-olmadığını heç bilmirik. Ancaq hava şəraiti hər şeyi dəyişdirə bilər”.

Həmilton son qələbəsini 2021-ci ilin Ciddə yarışında əldə edib. O qələbədən 30 yarış keçib. Qələbəsizliyin ona ağır yük olub-olmadığına belə cavab verib: “Üzərimdə ağırlıq hiss etmirəm. Bəli, çətin dövrlər yaşadıq, amma hazırda yüksəlişdəyik. Məsələn, son yarışda və bəzi yarışlarda qələbə qazanmış kimi hiss edirəm. Bu sadəcə baxış bucağından asılıdır. Düzdür, birinci yeri tutmadıq, amma düzgün addımlar atmaq qələbə qazanmağa bərabərdir. Keçən yarışda iki sürücü ilə podiumda olmaq bizim üçün qələbə kimidir. Buna görə işimizə köklənmişik.

Daha əvvəl dediyim kimi şərq ulduzuna sahib olduğumuzu bilirik. Hansı yönə gedəcəyimizi bilirik. Oraya necə çatacağımızı tam olaraq bilməsək də, başımızı aşağı əyib işimizə fokuslansaq, zirvəyə daha tez çata bilərik.

Komandadakı mühəndislərimiz də əladır. İnkişaf üçün yaxşı komandamız var və düzünü desəm, idmandakı bütün komandalardan olmasa da, inkişaf tempimiz çox yaxşıdır. Buna görə də əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Lyuis Həmilton Kanadada karyerasının ilk qələbəsini qazanıb. bundan başqa 7 qələbə ilə Şumaxerlə birgə bu trasın ən çox yarış qazanmış iki sürücüdən biridir. Yeddiqat Dünya Çempionu həmişə uğurlu olduğu Kanadada qələbəsizlik seriyasına son qoya biləcək?

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*