F-1.az xatırladır ki, “gümüşü oxlar” Amerikaya böyük yeniliklər gətirib.
Lyuis Həmilton: “Hər şey planlaşdırıldığı kimi getdi. Bu yenilikləri hazırlayan bazadakı işçilərə təşəkkür edirəm. Onlar üçün çətin il oldu və onlar maksimum həddə işləyərək, yeniliklər gətirməyimizə kömək oldular. Çox minnətdaram.
Mən də cümə günü bolidi zədələmədim. Bu yaxşıdır. Boliddə inkişafı hiss etdim. İkinci sessiyanı israf etdik, amma ilk sessiya yaxşı idi.
Trasdakı qabarlar biabırçılq idi. Builki bolid çox sərtdir. Bu maşında qabarları daha çox hiss edirsiniz. Lakin tras özü çox qabarlıdır”.