F-1.az xatırladır ki, btitaniyalı sürücü sıralanma turunda poul qazanmış Saynsdan 0.6 saniyə geri qalaraq, 5-ci olub. Lakin Pereslə Leklerin cəzalarlna görə yarışa 3-cü yerdən start verəcək.
Mercedes son böyük yeniliklərini buraya gətirmişdi və sürücülər cümə günündən sonra onlardan razı idilər.
Lyuis Həmilton: “Həftəsonu başlayandan özümü yaxşı hiss edirdim. Cümə günü hər şey yaxşı idi. Şənbə günü səhər də sürmək rahat idi. Sıralanma turunda isə arxa tərəf sürüşürdü. Çətinlik çəkirdim və arxa tərəfi tutmağa çalışırdım.
Mexaniki dəyişiklik etmişdik və deyəsən fərq yaratdı. Bəlkə də hava temperaturu düşdüyü üçün belə oldu.
Liderdən 0.6 saniyə gerisəyik. Yeniliklər işləsə də, fərq yenə böyükdür. Çox çətindir”.