F-1.az xatırladır ki, yeni sıralanma formatını 4 martda Cenevrədə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclasında təsdiq etmişdi.
Lyuis Həmilton bu barədə fikir bildirmək üçün tez olduğunu, azarkeşlərin necə qiymət verəcəyini gözləmək lazım olduğunu bildirib: “Azarkeşlərin reaksiyası daha vacibdir. Mən son illərdəki dəyişikliklərdən razı qalmışam. Ona görə də, bunu pisləməyim məntiqli olmaz. Melburnda necə nəticə verəcəyini görmək üçün səbrsizlənirəm. Həqiqətən də yarışa olduqca həyəcan qata bilər. Əksi də ola bilər. Azarkeşlər ilk seansdan sonra bu barədə fikirlərini bildirəcəklər…”